55-ci legioner, 4-cü serbiyalı: Mladen Milinkoviç
ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının I turunun “Keşlə” - “Sabah” qarşılaşması (0:1) daha bir legioner baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.
Meydan sahiblərinin çalışdırıcısı Mladen Milinkoviç yarışın tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb. O, Azərbaycan çempionatlarında 4-cü serbiyalı baş məşqçidir. Milinkoviçə qədər həmyerliləri Petar Kurçubiç “Olimpik”i (indiki “Şüvəlan”), Milinko Pantiç “Bakı”nı çalışdırıb. Miroslav Saviç isə baş məşqçi əvəzi kimi “Masallı”nı 1 oyuna çıxarıb.