"Fənərbaxça" yenə ÇL-dən kənarda qaldı

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub. Keçirilən 10 cavab qarşılaşmasından sonra ÇL-in və AL-nin play-off mərhələsinə vəsiqə qazanacaq bütün kollektivlərin adına aydınlıq gəlib.

 

Azərbaycan çempionu “Qarabağ” da növbəti mərhələyə vəsiqə uğrunda ilk oyunda minimal hesabla uduzduğu Belarus BATE-si ilə mübarizə aparıb. Mübarizənin yekununda belaruslar ÇL-də, ağdamlılar AL-də yollarına davam edəcəklər.

 

UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
III təsnifat mərhələsi, cavab oyunları


14 avqust 2018

Dinamo (Kiyev, Ukrayna) - Slaviya (Praqa, Çexiya)  2:0

İlk oyun - 1:1


BATE (Belarus) - Qarabağ (Azərbaycan)  1:1

İlk oyun - 1:0


Spartak (Moskva, Rusiya) - PAOK (Yunanıstan)  0:0

İlk oyun - 2:3


AEK (Yunanıstan) - Seltik (Şotlandiya)  2:1

İlk oyun - 1:1


Dinamo (Zaqreb, Xorvatiya) - Astana (Qazaxıstan)  1:0

İlk oyun - 2:0


Fənərbaxça (Türkiyə) - Benfika (Portuqaliya)  1:1

İlk oyun - 0:1


Videoton (Macarıstan) - Malmö (İsveç)  0:0

İlk oyun - 1:1


Şkendiya (Makedoniya) - Zalsburq (Avstriya)  0:1

İlk oyun - 0:3


Ayaks (Hollandiya) - Standard (Belçika)  3:0

İlk oyun - 2:2


Spartak (Trnava, Slovakiya) - Srvena Zvezda (Serbiya)  1:2

İlk oyun - 1:1

Müəllif: Natiq NƏSİROV