Şeydayev "Krılya Sovetov"da qol müəllifi oldu

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Rusiyanın "Krılya Sovetov" klubunun düşərgəsində yer alıb. 22 yaşlı hücumçu əsas komandanın heyətində gənclərdən ibarət kollektivlə yoxlama matçında çıxış edib.

 

Ramil Premyer Liqa təmsilçisinin 3:1 hesabıyla qalib gəldiyi matçda komandasının qollarından birinin müəllifi olub. "Krılya Sovetov"un rəsmi "Twitter" səhifəsində Şeydayevlə yaxın vaxtda rəsmi müqavilə imzalanacağı açıqlanıb.

 

"Trabzonspor"la müqaviləsini pozduqdan sonra sərbəst futbolçu olan Ramillə Avstriyanın Bundesliqa təmsillçisi "Mattersburq" da ciddi maraqlanır.

 

Qeyd edək ki bu mövsün Premyer Liqaya qayıdan, ilk 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşan Samara təmsilçisinin baş məşqçisi ötənlərin tanınmış futbolçusu Andrey Tixonovdu.  

Müəllif: Natiq NƏSİROV