Xorvatiyada "itki"lərin sayı 3 oldu
ESTAFET/ Futbol üzrə Xorvatiya yığmasının daha bir üzvü milli karyerasını başa vurub. Fransanın “Monako” klubunun qapıçısı Daniel Subaşiç də yığma karyerasını bitirdiyini elan edib:
“Milli karyeramı dünya çempionatında iştirak etməklə başa vurmaq istəyirdim. Bu, mənim arzum idi. Bundan sonra gənclərə yol vermək istəyirəm”.
2009-cu ildən Xorvatiya yığmasına çağırılan 33 yaşlı Subaşiç ölkəsinin əsas komandası ilə 44 oyuna çıxıb. O, 2012-ci ildən “Monako”da forma geyinir.
Xatırladaq ki, mundialdan sonra Çorluka və Mandzukiç də milli karyeralarını bitirdiklərini elan etmişdilər.