U-23: AZƏRBAYCAN BİRİNCİLİYİ - İLK GÜNÜN VİDEOSU

ESTAFET/ Xəbər verdiyimiz kimi, Sərhədçi Olimpiya Kompleksində gənc (U-23) cüdoçular arasında Azərbaycan Birinciliyi start götürüb. Yarışların ilk günündə qızlar bütün çəkilərdə (48, 52, 57, 63, 70, 78 və +78 kq), oğlanlar isə 60, 73 və 81 kq çəki dərəcələrində ölkənin ən güclü gənc cüdoçularını müəyyən ediblər.

 

Qızlar arasında Azərbaycanın ən güclüsü adını Gültac Məmmədəliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Leyla Şahin (57 kq), Nərgiz Hacıyeva (63 kq), Diana Şoranova (70 kq), Günel Həsənli (78 kq) və Məruyərt Qurbanova (+78 kq) qazanıblar.

 

Oğlanlar arasında isə yarışların ilk günündə öz çəkilərində ən güclülər Nəriman Əhmədov (60 kq), Hasil Cəfərov (73 kq) və Afiq Səfərli (81 kq) olublar. 

 

İlk günün qısa videoanonsunu sizlərə təqdim edirik.