U-23: AZƏRBAYCAN BİRİNCİLİYİ - SON GÜNÜN VİDEOSU
ESTAFET/ Xəbər verdiyimiz kimi, Sərhədçi Olimpiya Kompleksində gənc (U-23) cüdoçular arasında Azərbaycan Birinciliyi keçirilir. Yarışalrın ilk günündə qızlar bütün çəkilərdə (48, 52, 57, 63, 70, 78 və +78 kq), oğlanlar isə 60, 73 və 81 kq çəki dərəcələrində ölkənin ən güclü gənc cüdoçularını müəyyən ediblər.
Yarışın son günündə isə oğlanlar arasında qalan 4 çəki üzrə (66, 90, 100 və +100 kq) ən güclülər müəyyənləşib. Müvafiq olaraq, Murad Heydərli, Aslan Mirzəyev, Cəfər Əkbərli və Elxan Tamrirazov Azərbaycan Birinciliyinin qalibi adını qazanıblar.
Son günün qısa videoanonsunu sizlərə təqdim edirik.