VELOYÜRÜŞ: MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR!
ESTAFET/ 23 oktyabr tarixində, "İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə birgə “Azərbaycan Dövlət Müstəqillik Gününə həsr olunmuş” velo yürüş keçiriləcək.
Velo yürüşün məqsədi gənclərin sağlam həyat tərzinin formalaşmasına dair təbliğatın aparılmasına, gənclərin asudə vaxtının səmərəli təşkil olunması ilə yanaşı daha böyük bir əhəmiyyət daşıyır. Yürüşün əsas məqsədi günün əhəmiyyətinin bir daha diqqətə çatdırılmasına yönəlmişdir. Belə ki, bu sadəcə bir velo yürüş yox, Azərbaycan Respublikasının müstəqilliyinə və suverenliyinə bir töhfə olacaq. Azərbaycan gəncliyi yekdilliklə bu günün mahiyyətini bir daha göz önünə gətirmək məqsədilə birləşəcək və bütün dünyaya müstəqil Azərbaycan gəncinin malik olduğu dəyərləri göstərəcək.
Keçirilmə tarixi: 23 Oktyabr, 2016
Yürüşün başlandığı yer: Dövlət Bayrağı Meydanı
Yürüşün başlandığı saat: 11:00
Qeydiyyat üçün son tarix: 18 oktyabr, 2016 saat 18:00
Qeydiyyat üçün bu səhifədən istifadə edin.
Qeyd 1: Velo yürüşdə iştirak üçün iştirakçılar velosipedlə təmin olunmur.
Qeyd 2: Velo yürüş zamanı alına biləcək hər hansı bir xəsarətə görə şəxsin özü məsuliyyət daşıyır.