İlk günün qalibləri bəlli oldu: ÇL - Play-off

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında play-off mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə üç görüş baş tutub.

 

Görüşlərin yekununda Hollandiyanın “Ayaks”, Yunanıstanın AEK və İsveçrənin “Yanq Boyz” klubları növbəti mərhələyə yüksəliblər.

 

 

UEFA Çempionlar Liqası, 2018/2019 mövsümü
Pley-off mərhələsi, cavab oyunları


28 avqust 2018

 

AEK (Yunanıstan) - Videoton (Macarıstan) 1:1 (ilk oyun 2:1)
Qollar: Mantalos 48 (p.) : Neqo 57

 

Dinamo (Zaqreb, Xorvatiya) - Yanq Boyz (İsveçrə) 1:2 (1:1)
Qollar: Hayroviç 7 : Oaro 64 (p.), 66

 

Dinamo (Kiyev, Ukrayna) - Ayaks (Hollandiya) 0:0 (1:3) 

Müəllif: Natiq NƏSİROV