Badmintonçularımız 1/16 finala adlamağı bacarıblar
ESTAFET/ Xəbər verdiyimiz kimi, Ukraynanın Xarkov şəhərində keçirilən badminton üzrə "RSL Kharkiv International 2018" turniri davam edir. Turnirin ikinci günündə kişilərin şəxsi yarışında əsas mərhələyə start verilib. 1/32 finalda polşalı Mateuz Svierzinskini 2:0 (21-19,22-20) hesabı ilə məğlub edən Ezmi Qovimuramadhoni növbəti mərhələyə yüksəlib. Yarışa əsas mərhələdən yüksələn Edi Reski Dviçayo da 1/32 final mərhələsini uğurla adlayıb. Badmintonçumuz Polşa təmsilçisi Mixal Roqalski ilə görüşdə çətinlik çəkməyib. 2:0 (21-12, 21-9)