Ən yaxşı məşqçisi adına son 3 namizəd

ESTAFET/ FİFA 2018-ci ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb. Qurumun rəsmi saytı ən yaxşı məşqçi adına son 3 namizədi açıqlayıb ki, bunlar Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç, "Real"ın keçmiş çalışdırıcısı Zinəddin Zidan və Fransa millisinin baş məşqçisi Didye Deşamdı.

 

2018-ci ilin ən yaxşı məşqçisinin adı sentyabrın 24-də Londonda keçiriləcək tədbirdə açıqlanacaq. 

Müəllif: Məsim MƏSİMZADƏ