Messidən yeni rekord

ESTAFET/ “Barselona” İspaniya La Liqasının 3-cü turunda “Hueska”nı darmadağın edib - 8:2. Lionel Messi bu qarşılaşmada dubl edib.

 

“Hueska” argentinalı futbolçunun İspaniya La Liqasında qol vurduğu 37-ci komanda olub. O, bu göstəricidə liderdi. İkinci pillədə “Real”ın sabiq hücumçusu Raul qərarlaşıb - 35 komanda.

 

Leo “Hueska” ilə oyunda həm də 2 qol ötürməsi edib. O, 21-ci əsrdə La Liqada 150 qol ötürməsi edən ilk futbolçu olub. Hazırda onun hesabında 151 məhsuldar ötürmə var. Messi bu göstəricidə "böyük beşlik" ölkələrdində liderdi. Onun ən yaxın izləyicisi “Çelsi”nin futbolçusu Sesk Fabreqasdı - 143 ötürmə. 

Müəllif: Natiq NƏSİROV