Klublararası dünya çempionatının püşkü atıldı

ESTAFET/ Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək klublararası dünya çempionatının püşkü atılıb. FIFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil-qərargahında baş tutan püşkatmada bu yarışda mübarizə aparacaq cütlüklər müəyyənləşib.

 

Klublararası dünya çempionatının açılış matçı dekabrın 12-də keçiriləcək. İlk oyunda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" komandası ilə Yeni Zelandiyanı təmsil edən "Vellinqton" üz-üzə gələcək. Bu oyunun qalibi növbəti mərhələdə finalda Afrika Çempionlar Liqasının (CAF) hələlik müəyyənləşməyən qalibi ilə qarşılaşacaq.

 

Digər görüş CONCACAF Çempionlar Liqasının qalibi olan Meksika "Qvadalahara"sı ilə Asiya Çempionlar Liqasının qalibi arasında keçiriləcək.

 

Turnirin və UEFA Çempionlar Liqasının son qalibi “Real”la Libertadores Kubokunun qalibi mübarizəyə yarımfinal mərhələsindən qoşulacaq.

 

Yarımfinal mərhələsinin oyunları 18-19 dekabrda, final matçı və üçüncü yer uğrunda oyun dekabrın 22-də keçiriləcək. 

Müəllif: Məsim MƏSİMZADƏ