“Araz”ın ÇL oyunlarının vaxtı məlum oldu
ESTAFET/ Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz”ın oyunlarının vaxtı açıqlanıb. Azərbaycan çempionu mübarizəyə Litvanın “Vytis” komandası ilə oyunla start verəcək.
Bu oyun oktyabrın 3-də keçiriləcək. Təmsilçimiz ertəsi gün Malta “Valletta”sı ilə gücünü sınayacaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. Son oyunda “Araz”ın rəqibi Slovakiya “Luçenec”i olacaq.
Qeyd edək ki, 8-ci qrupun oyunları Slovakiyada keçiriləcək.
Araz – Vytis (Litva)
3 oktyabr. Sportova hala Arena. Saat 17:30
Valletta (Malta) – Araz
4 oktyabr. Sportova hala Arena. Saat 17:30
Araz – Luçenec (Slovakiya)
6 oktyabr. Sportova hala Arena. Saat 20:00
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. Canlı yayımla əlaqədar başlama saatı dəyişdirilə bilər.