İraq yığmasında yeni baş məşqçi
ESTAFET/ Futbol üzrə İraq yığmasının yeni baş məşqçisi müəyyənləşib. Sözügedən komandanı bundan sonra sloveniyalı mütəxəssis Sreçko Kataneç çalışdıracaq.
Bu barədə İraq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 55 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Kataneç son olaraq Sloveniya yığmasını çalışdırıb. O, 2017-ci ildə bu komandadan ayrılandan bəri işsiz idi.
Sloveniyalı məşqçi karyerası ərzində Makedoniya və BƏƏ yığmalarını da çalışdırıb.