Qılıncoynadanlar hazırlığa yekun vurdular

ESTAFET/ Qılıncoynatma üzrə milli komandamız avqustun 24-dən sentyabrın 3-nə kimi Təhsil Nazirliyinin Zağulbada yerləşən təlim-məşq bazasında hazırlıq keçib. Təlim-məşq toplanışında yeniyetmə, gənc və böyüklər olmaqla, ümumilikdə 36 qılıncoynadan iştirak edib.

 

Milli komandanın məşqçilər korpusunun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı idmançılarımızın fiziki hazırlığını yüksəltmək, döyüş praktikasını artırmaq məqsədilə təşkil olunub. Qılıncoynadanlarımız qarşıdakı aylarda Türkiyə, İran, Gürcüstan və Bolqarıstanda keçiriləcək beynəlxalq turnirlərdə qüvvəsini sınayacaq. 

Müəllif: Natiq NƏSİROV