Dviçayo 38, Ezmi 85 pillə irəlilədi

ESTAFET/ Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2018" turnirində finala yüksələn Edi Reski Dviçayo siyahıda 38 pillə irəliləyib. Aktivində 11900 reytinq xalı olan Dviçayo 139-cu sıradadır.

 

Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə reytinqdə 85 pillə irəliləyib. Hesabında 4478 xalı olan Ezmi siyahıda 286-cıdır.

 

Edi və Ezmi cütü badmintonçuların qoşa yarışlarında da irəliləyişə nail olub. Siyahıda 9 pillə irəliləyən Edi-Ezmi tandemi 142-ci sıradadır. 

Müəllif: Bəhruz MƏMMƏDOV