Uşaq, yeniyetmə və gənclər Türkiyədə nüfuzlu yarışda 34 medal qazandı

ESTAFET/ Azərbaycan karateçiləri Türkiyənin Ordu şəhərində Qara dəniz və Xəzəryanı ölkələrin uşaq, yeniyetmə və gənclər arasında çempionatında 34 medala sahib olublar.
3 gün davam edən nüfuzlu yarışda 11 qızıl, 12 gümüş və 11 bürünc mükafata sahib olan idmançılarımız 8 ölkədən 94 klub və seçmə komandanı təmsil edən iştirakçılar arasında 2-ci yeri tutublar.
"Qaraqaplan", "Arpaçay" və Sumqayıt şəhər klublarının üzvlərindən ibarət 8-9 və 14-15 yaşlı yeniyetmələr seçmə komandası, komanda kumite kateqoriyasında çempion olub. Yarışda Bakı, Sumqayıt və regionları təmsil edən "Qaraqaplan", "Arpaçay", "Cudo 2012", DİN İdman klubu, "Xətai" və bir sıra klublardan 70-dən artıq idmançı iştirak edib. Daha yüksək nəticəni "Qaraqaplan", "Arpaçay" və Sumqayıt klublarının yetirmələri əldə ediblər.
