Malta səfərindəki oyunumuzun hakimləri bəlli oldu

ESTAFET/ UEFA Millətlər Liqasının 2-ci turunda Azərbaycan millisinin Malta ilə səfər oyununun hakim təyinatları açıqlanıb. UEFA bu oyunu Çernoqoriyadan olan hakimlər briqadasına həvalə edib.

 

Matçın baş hakimi FİFA referisi Nikola Dabanoviç olacaq.

 

Millətlər Liqası

D Liqası, 3-cü qrup

10 sentyabr 2018

 

22:45 Malta - Azərbaycan

Baş hakim: Nikola Dabanoviç

Yan xətt hakimləri: Milutin Dukiç, Yovitsa Tatar

Dördüncü hakim: Aleksandar Dikanoviç

Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (hamısı Çernoqoriya)

Hakim-inspektor: Luk Vilmes (Lüksemburq)

UEFA nümayəndəsi: Qraham Hover (İngiltərə)

Ta Qali milli stadionu. 

Müəllif: Bəhruz MƏMMƏDOV