Millimiz bugün meydana bu forma ilə çıxacaq

ESTAFET/ Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq. Millimiz yarışda ilk oyununu Bakıda Kosovo yığmasına qarşı keçirəcək. Azərbaycan millisi Kosovo ilə görüşə göy rəngli formada çıxacaq.

 

Məlumatı AFFA-nın sosial şəbəkə hesabı yayıb.

 

Azərbaycan - Kosovo matçı Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq. 

Müəllif: Natiq NƏSİROV