Premyer Liqada avqustun ən yaxşıları bilindi

ESTAFET/ İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı futbolçusu və məşqçisi bəlli olub. "Tottenhem"in yarımmüdafiəçisi Lukas Moura ötən ayın ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi avqustda meydana çıxdığı 3 matçda 3 qol vurub. O, 3:0 qalib gəldikləri “Mançester Yunayted”lə oyunda 2, 3:1 məğlub etdikləri “Fulhem”lə matçda isə 1 qol vurub.
Ötən ayın ən yaxşı məşqçisi isə “Uotford”u çalışdıran Xavi Qrasiya seçilib. Onun mövsümə çox yaxşı start verən komandası avqustda keçirdiyi hər üç oyunda qalib gəlib. Nəticədə, ispaniyalı mütəxəssis həmkarları Yurgen Klopp, Maurisio Poçettino və Maurisio Sarrini qabaqlayaraq ayın ən yaxşısı seçilib.

