Mətbuat konfransı və açıq məşq: Malta - Azərbaycan

ESTAFET/ Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 10-da Ta Qalidəki Milli Stadionda keçiriləcək Malta - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

9 sentyabr 2018
Malta milli komandası
Saat 16:15. Mətbuat konfransı
Saat 17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan milli komandası
Saat 19:00. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi stadionda təşkil olunacaq. Tədbirlərin saatı yerli vaxtla göstərilib. 

Müəllif: Məsim MƏSİMZADƏ