“Keşlə”nin futbolçusu yığmasında 90 dəqiqə oynadı

ESTAFET/ “Keşlə”nin yarımmüdafiəçisi Ebrima Sohna Qambiya milli komandasının heyətində növbəti matçına çıxıb. Qambiyalı futbolçu Əlcəzair milli komandasına qarşı keçirilən oyunda start heyətində meydana çıxıb. O, 90 dəqiqə əvəz edilmədən meydanda mübarizə aparıb.

 

Qeyd edək ki, Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən Qambiya - Əlcəzair matçı 1:1 hesabı ilə başa çatıb. Sohnanın komandası növbəti matçını sabah Toqoya qarşı keçirəcək.

 

D qrupunda yer alan Qambiya yığması 2 oyundan sonra 1 xalla 4 komanda arasında 3-cüdü. 

Müəllif: Orxan NOVRUZOV