Son gündə bir qızıl, bir bürünc medal

ESTAFET/ Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə keçirilən sərbəst güləş üzrə beynəlxalq turnir başa çatıb.


Son yarış günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Əhmədnəbi Qvarzatilov (61 kq) finalda Monqolustan təmsilçisinə 8:4 heabıyla qalib gələrək, çempion olub. İbrahim Yusubov (79 kq) isə Türkiyədən olan rəqibini 12:8 hesabıyla məğlub edərək üçüncü yeri tutub.


Xatırladaq ki, bir gün əvvəl Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Pərviz İbrahimov (57 kq) gümüş, Hacımurad Ömərov (74 kq) isə bürünc medal qazanıb. 

Müəllif: Natiq NƏSİROV