Gənclərimiz Norveçə uduzdu

ESTAFET/ Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilirdi. 5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də bu gün cari tsikldə 9-cu matçına çıxıb.

 

Komandamız "Dalğa Arena"da Norveçi qəbul edib. Rəşad Sadıqovun başçılığı altında millimiz ilk qələbəsini qazanmağı hədəfləmişdi. Lakin gözlənildiyi kimi, gənclərimiz bu vəzifənin öhdəsindən gələ bilməyiblər. 

 

Əvvəlki 8 oyunda da qələbə qazana bilməyən yığmamız cəmi 2 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşib.

 

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup


11 sentyabr 2018i qəbul edib. 

 

Azərbaycan - Norveç  1:3

Qollar: Barış Ekincier 56 : Birk Risa 48, Morten Torsbi 50, 76
Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (hamısı San Marino).
Bakı. “Dalğa Arena”

 

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sertan Taşqın (k), 3. Anton Krivotsyuk, 4. Eltun Turabov, 6. Hacıağa Hacıyev, 7. Fərid Nəbiyev, 8. Budaq Nəsirov, 9. Fəhmin Muradbəyli, 10. Qismət Alıyev, 11. Barış Ekincier, 20. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 5. Elvin Sərkərov, 13. Ziya Əzizov, 14. Ülvi İsgəndərov, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 18. Amin Seydiyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Norveç: 1. Sondre Rossbax, 2. Yulian Ryerson, 3. Andreas Hançe-Olsen, 5. Ulrik Yenssen, 6. Vebyorn Hoff, 8. Morten Torsbi (k), 9. Birk Risa, 10. Henrik Byordal, 16. Tobias Borkeyet, 17. Dennis Consen, 20. Erlinq Haland.
Ehtiyat oyunçular: 12. Vilyar Mihra, 4. Fredrik Knudsen, 7. Huqo Vetlesen, 11. Tobias Haynts, 14. Byorn Utvik, 18. Martin Samuelsen, 19. Vayebax Sakor.
Baş məşqçi: Leif Qunnar Smerund. 

Müəllif: Orxan NOVRUZOV