Çexiya yığmasının baş məşqçisi istefaya göndərildi

ESTAFET/ Futbol üzrə Çexiya yığması baş məşqçisiz qalıb. Sözügedən komandanın baş məşqçisi Karel Yarolim istefaya göndərilib. Bu barədə Çexiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırmağa qərar veriblər.

 

Qeyd edək ki, Çexiya yığması ötən gün yoxlama oyunu çərçivəsində Rusiyaya 1:5 hesabıyla uduzub.

 

Yarolim 2016-cı ildən Çexiya yığmasını çalışdırırdı. 

 

 

Müəllif: Orxan NOVRUZOV