GRAND SLAM ABU DHABI 2016

ESTAFET/ Oktyabr ayının 28-30 tarixlərində Əbu-Dabidə (BƏƏ) cüdo üzrə növbəti Böyük Dəbilqə seriyasından olan turnir keçiriləcək. Azərbaycanın turnirdə 12 cüdoçu ilə təmsil olunması nəzərdə tutulur.

 

Oruc Vəlizadə, Mehman Sadıqov (60 kq), İlqar Muşkiyev, Vüqar Şirinli (66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (73 kq), Elvin Əhmədli, Ruslan Fərruxzadə (81 kq), Tural Səfquliyev, Firudin Dadaşov (90 kq), Elxan Məmmədov və Cəil Şükürov (100 kq) Əbu Dabidə mükafatlar uğrunda mübarizə aparacaq.

 

Ümumilikdə isə turnirdə 4 qitəni əhatə edən 33 ölkədən 184 idmançının iştirakı gözlənilir.