Slavçevin durumuna aydınlıq gəlib

ESTAFET/ Futbol üzrə Bolqarıstan millisinin düşərgəsində zədələnən “Qarabağ”ın futbolçusu Simoen Slavçevin durumuna aydınlıq gəlib. Norveçlə matçdan öncə isinmə hərəkətləri edərkən zədələnən futbolçu iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Bu barədə 25 yaşlı futbolçu özü ölkəsinin mətbuatına açıqlamasında bildirib:


“Tibbi müayinədən keçdim. Bud əzələmdə ikinci dərəcəli gərilmə olduğu təsbit edildi. Əzələmdə yırtıq aşkarlansaydı, bu, daha da pis ola bilərdi. Kiçik zədə ilə qurtuldum. İki həftə oynaya bilməyəcəm. Çox əsəbiyəm, çünki "Sportinq"lə görüşdə komandama kömək edə bilməyəcəm".

 

Xatırladaq ki, "Qarabağ" sentyabrın 20-də Avroliqanın qrup mərhələsində "Sportinq"in qonağı olacaq. 

Müəllif: Orxan NOVRUZOV