"Qarabağ"ın xahişi ilə stadion dəyişdirildi

ESTAFET/ Futbol üzrə Azərbaycan Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyunu ilə bağlı müəyyən dəyişiklik edilib. “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la matçın təbii örütüklü “Azərsun Arena”da keçirilməsini xahiş edib.

 

“Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası “Sumqayıt” - “Qarabağ” oyunu ilə bağlı aşağıdakı dəyişikliklər həyata keçirib:

 

Topaz Premyer Liqasının 4-cü turunun “Sumqayıt” - “Qarabağ” matçı 14 sentyabr 2018-ci il saat 20:00-da “Azersun Arena”da keçirilsin.

 

4-cü turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda “Sumqayıt” təsdiq edilsin. 

Müəllif: Orxan NOVRUZOV