Ömər Cavadov ölkə birinciliyinin qalibi oldu
ESTAFET/ Bugündən Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-ə yaxın atlet iştirak edir.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 56 kq-a qədər olan atletlər çıxıb. Toplam 203 kq (93+110) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini arxada qoyub. İkinci yeri 191 kq (86+105) nəticə ilə İsmayıl Məmmədov, üçüncü yeri isə 181 kq (80+101) nəticə ilə Rusif Əhmədov tutub.