“Öz çıxışımdan razı qaldım”: Ömər Cavadov

ESTAFET/ Xəbər verdiyimiz kimi, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 56 kq-a qədər olan atletlər çıxıb. Toplam 203 kq (93+110) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini arxada qoyaraq qalib olub.

 

Ağır atletimiz AAAF TV-yə müsahibəsində çıxışından razı qaldığını dilə gətirərək, qarşıdakı yarışlarda da bu uğurun davamının gələcəyinə ümid etdiyini bildirdi:


“Gənclər arasında baş tutan çempionatda ilk dəfə idi ki iştirak edirdim və bu yarışda 56 kq çəki dərəcəsində mübarizə apardım. Öz çıxışımdan razı qaldım və çox sevinirəm ki, qalib olmağı bacardım. Qarşıdakı yarışlarda, xüsusən Avropa çempionatında da inamlı nəticə göstərməyə çalışacam”. 

 

 

Müəllif: Natiq NƏSİROV