"Neftçi"nin yeni formaları satışda - FOTO

ESTAFET/ "Neftçi” PFK-nın 2018/2019 mövsümü üçün formaları sentyabrın 16-dan etibarən satışa çıxarılacaq. Yeni formaları həmin gün saat 21:00-da başlanacaq "Neftçi” – "Keşlə” oyunundan 2 saat əvvəl "Bakcell Arena”da yerləşən fanşopumuzdan əldə edə bilərsiniz.

 

Formaların qiyməti 60 AZN təşkil edəcək. Formanın arxasına ad və nömrə vurdurmaq istəyən isə əlavə 20AZN ödəməli olacaq.

 

 

Müəllif: Bəhruz MƏMMƏDOV