"Neftçi"nin yeniyetmələrindən maksimum nəticə

ESTAFET/ "Neftçi” Futbol Akademiyasının komandaları yeni mövsümə hazırlığı davam etdirir. Klubun yeniyetmələrdən ibarət komandalarından dördü – U-17, U-15, U-14 və U-13 hazırlıq çərçivəsində yoxlama oyunu keçirib və qələbə qazanıb. Nəticələri təqdim edirik:

 

"Keşlə” U17 - "Neftçi” U17 0:1

Qol: Ziya Məmmədli.

 

"Neftçi” U15 - "Təhsil” U16 6:1

Qollar: Nurlan Musayev (2), Əsəd Nəsirli, Oruc Məmmədov, Elcan Əbilov, Əfqan Nuriyev.

 

"Neftçi” U14 - "Zirə” U14 6:1

Qollar: Yusif Əliyev (2), Nəbi Hacıyev (2), Rüfət Abbasov, Ramiz Muradov.

 

"Zirə” U13 - "Neftçi” U13 0:3

Qollar: Erik Liam, Həsən Məmmədov, İsmayıl Qurbanlı. 

Müəllif: Bəhruz MƏMMƏDOV