Rafael Ağayev finalda
ESTAFET/ Xəbər verdiyimiz kimi, Almaniyada Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa seriyasından mərhələ yarışlarının Berlin turnirinə start verilib. Rafael Ağayev (-75 kq) turnirin finalına yüksəlib.
Rodriqo İbanez (İspaniya), Alton Braun (Yamayka), Ken Nişimura (Yaponiya) və Noa Biçi (Almaniya) məğlub edən dünya şöhrətli karateçinin bazar günü finalda rəqibi daha bir yapon idmançısı Yusey Sakiyama olacaq.
Milli komandanın digər üzvü Firdovsi Fərzəliyev isə həftəsonu Qazaxıstan təmsilçisi Kisar Alpisbayla bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Dörd rəqibindən üçünə qalib gələn İlahə Qasımova (55 kq) medalçılar sırasına yaxın olsa da, nəticə uğursuz alınıb.
Nüfuzlu turnirin ikinci yarış günü - 15 sentyabrda Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizyə qatılacaq.