KLİÇKO İLİN SONUNADƏK RİNQƏ ÇIXMAYACAQ
ESTAFET/ Superağır çəkidə keçmiş Dünya çempionu ukraynalı Vladimir Kliçko zədə səbəbindən ilin sonunadək heç bir döyüşə çıxa bilməyəcək.
Xatırladak ki, Kliçkonun dekabrın 10-da Dünya çempionu (IBF) Entoni Coşua ilə döyüşünün baş tutması üçün danışıqlar aparılırdı. Bir şərtlə ki, WBA ortaya vakant olan Dünya çempionu titulunu qoyacaq. Əks halda, həmən tarixdə Kliçkonun WBA versiyası üzrə "müntəzəm" çempion titulu uğrunda Lukas Braunla döyüşü nəzərdə tutulmuşdu.