Elşad Məmmədov da məğlub oldu - GDÇ-2018

ESTAFET/ Slovakiyanın Trnava şəhərində keçirilən gənc güləşçilərin dünya çempionatı davam edir.
İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri qüvvələrini sınayırlar. Bu gün daha iki yığma üzvü mübarizəyə qoşulub. Bu yaxınlarda zədələnən Avropa çempionu Ülvü Qənizadə (72 kq) mundialla erkən vidalaşıb. Elşad Məmmədov (60 kq) startda vaxtından əvvəl əlcəzairli güləşçiyə qalib gəldikdən sonra Özbəkistan təmsilçisi ilə ağır görüş keçirib. Hesabda 0:5 geri düşən Məmmədov əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib.

 

60 kq
1/4 final: Razvan Arnaut (ROU) - Elşad Məmmədov  5:0
1/8 final: Turabek Tirkaşev (UZB) - Elşad Məmmədov 5:6
Təsnifat: Murtada Naanaa (ALG) - Elşad Məmmədov 0:9

 

72 kq
Təsnifat: Maqomed Yarbilov (RUS) - Ülvü Qənizadə 4:0 

Müəllif: Natiq NƏSİROV