Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Sportinq” (Portuqaliya) - “Qarabağ” qarşılaşmasından öncə Ağdam klubunun son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Sentyabrın 19-da baş məşqçi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 21:30) media mənsublarının önünə çıxacaq.

 

Komandanın son məşqi isə saat 19:00-da (Bakı vaxtıyla 22:00) qarşılaşmanın keçiriləcəyi “Joze Alvalade” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. 

Müəllif: Orxan NOVRUZOV