Taleh qızıl, Rafiq bürünc medal qazandı

ESTAFET/ Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavaevin xatirə turniri davam edir. İkinci yarış günündə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb.


Bugün daha 3 medal qazana bilərik. Belə ki, Murad Məmmədov (60 kq) və İslam Abbasov (87 kq) finalda, son Avropa çempionu Eldəniz Əzizli (55 kq) isə 3-cü yer uğrunda güləşəcək. 

Müəllif: Məsim MƏSİMZADƏ