Şahmatçılarımız Olimpiadaya qələbələrlə başladılar

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gün Batumidə (Gürcüstan) 43-cü Şahmat Olimpiadası start götürüb. Olimpiadada iştirak edən kişi və qadınlardan ibarət milli komandalarımız bu gün ilk turda müvafiq olaraq IPCA (Beynəlxalq Əngəllilər Şahmat Assosiasiyası) və İordaniya yığmaları ilə qarşılaşırlar.
43-cü Şahmat Olimpiadası
Kişilər, 1-ci tur
IPCA - Azərbaycan 0,5:3, 5
İqor Yarmonov (2376) - Teymur Rəcəbov (2751) 0,5:0,5
Andrey Qurbanov (2305) - Arkadiy Naydiç (2721) 0:1
Dmitriy Şkerbin (2264) - Rauf Məmmədov (2699) 0:1
Andrey Tresinçev (2194) - Eltac Səfərli (2356) 0:1
Qadınlar, 1-ci tur
İordaniya - Azərbaycan 0:4
Odeh Asil (1647) - Zeynəb Məmmədyarova (2358) 0:1
Alnaymat Raya (1676) - Xanım Balacayeva (2326) 0:1
Alşabi Razan (1712) - Gülnar Məmmədova (2355) 0:1
Qayda Alattar (1926) - Ülviyyə Fətəliyeva (2320) 0:1

