Bakıda keçirilən cüdo üzrə dünya çempionatına yekun vurulub
ESTAFET/ Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün yekun vurulub. Sonuncu - səkkizinci yarış günündə qarışıq komanda yarışları baş tutub.
Fərdi mübarizədə də bütün ölkələrdən üstün olan Yaponiya qarışıq komanda yarışında da qızıl medal qazanıb. "Gündoğar ölkə" təmsilçisi finalda Fransadan güclü olub - 4:1.
Rusiya və Birləşmiş Koreya komandaları isə bürünc medala sahib olublar.
Qeyd edək ki, Azərbaycan millisi qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşdə Rusiya yığmasına məğlub olaraq 5-ci yeri tutub.