“Barselona” emblemini dəyişməyə hazırlaşır

ESTAFET/ İspaniyanın “Barselona” klubu embelmində bəzi dəyişikliklər etməyi planlaşdırır. Rəhbərlik klub üzvlərinin razılığını ala bilsə, dəyişiklik 2019/20 mövsümündən həyata keçiriləcək.

 

Yeni dizaynda FCB-dən imtina olunacaq. Mavi və nar rəngli xətlərin də sayı 7-dən 5-ə qədər azaldılacaq. Emblemdəki top isə daha qabarıq göstəriləcək.

 

Yekun qərar oktyabrın 20-də veriləcək.

 

“Barselona”nın indiki emblemi 2002-ci ildə qəbul edilib. 

Müəllif: Məsim MƏSİMZADƏ