"Sevinirik ki, qalib gələn bizik": Famil Ağayev

ESTAFET/ Yaponiyada keçirilən qadın voleybolçular arasındakı Dünya çempionatında dünən ABŞ-a məğlub olan millimizin bu gün Koreya yığması üzərində inamlı qələbə qazanıb. Komandamızın məşqçisi Famil Ağayev qələbədən sonra oyun haqda öz fikirlərini bildirib:

 

"Dünənki məğlubiyyətdən sonra bu gün komandamız toparlandı. Rəqibimiz çox sürətli voleybol oynayan komanda idi. Amerika yığması ilə keçirdiyimiz oyundan sonra biz Koreya millisinə qarşı necə oynamalı olduğumuz düşünürdük. Buna görə də biz blokda daha sürətli olmalı idik və qızlar komanda olaraq bu işin öhdəsindən yaxşı gəldilər. Adətən topun qəbulunda bizim çox səhvlərimiz olurdu, bu gün top qəbulunda da yaxşı oynadıq. Mən rəqib komandanı da təbrik edirəm. Koreya millisi bu gün yaxşı oynadı, amma bu idmandır. İki komandadan biri qalib gəlir və biz sevinirik ki, qalib gələn bizik". 

Müəllif: Bəhruz MƏMMƏDOV