Qurbanovla 250-ci qələbə

ESTAFET/ “Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 250-ci qələbəsini qazanıb. Yubiley futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının VI turunun “Sabah”la 2-0 hesabı ilə bitən səfər matçına təsadüf edib.

 

Bu, 2008-ci ildən “Qarabağ”ın “sükanı arxası”nda olan Qurbanovun 451-ci matçına təsadüf edib. Ağdam təmsilçisi bu görüşlərin 55 faizindən qalib kimi ayrılıb.

 

Mütəxəssisin “Qarabağ”ın baş məşqçisi kimi qazandığı qələbələrdən 187-si Premyer Liqa (320 matç), 34-ü avrokuboklar (85 matç), 29-u Azərbaycan kubokuna (46 matç) təsadüf edib. 

Müəllif: Orxan NOVRUZOV