GƏNC TAEKVONDOÇULARIN SERBİYA UĞURU

ESTAFET/ Serbiyanın Belqrad şəhərində təşkil edilən “Serbia Open” beynəlxaq turnirinə yekun vuruldu. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, G1 kateqoriyalı yarışa 12 idmançı ilə qatılan gənclərdən idarət milli komandamız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq növbəti uğura imza atıb.


Belə ki, 45 kq çəki dərəcəsində yarışa qatılan Azay Qənbərli rəqiblərinə şans verməyərək fəxri kürsün qızıl pilləsinə qalxıb. Ayazın finalda rəqibi komanda yoldaşı Bəhruz Quluzadə olub. Digər gənc taekvondoçulardan Qaşım Maqomedov (55 kq) və Əliəsgər Əliyev (68 kq) həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub. 59 kq çəki dərəcəsində mübarizə aparan Əli Məmmədov və Aliyə Zeynalovanın (44 kq) isə yarımfinal mərhələsindəki rəqibləri keçilməz olub.

 

Xatırladaq ki, gənc yığmamızı noyabr ayında dünya birinciliyi gözləyir. Yarış 16-20 noyabr tarixlərində Kanadada keçiriləcək.