"Qarabağ" ilk ev oyununda məğlub oldu

ESTAFET/ Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsi çərçivəsində II turun görüşləri keçirilib. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” E qrupunda növbəti oyununa çıxıb. 

 

Komandamızın cari mövsüm qrupda ilk ev qarşılaşmasındakı rəqibi isə tək qrupun deyil, turnirin də əsas favoritlərindən olan İngiltərənin “Arsenal” klubu idi. Qarşılaşmanın əvvəlindəcə hesabda geri düşən ağdamlılar, sonradan irəli atılsalar da nəticəsiz qalıb. "Arsenal" isə əlinə düşən imkanlardan maksimum yaralanıb və görüşü böyük hesablı qələbə ilə başa vurub. 

 

Qrupumuzun digər komandaları Ukraynada qarşılaşırdılar. Yerli "Vorskla" Portuqaliya "Sportinq"i ilə görüşdə hesabı açan tərəf olsa da, yekunda 2 top buraxaraq məğlub olub.

 

Avropa Liqası, E qrupu

II turun oyunu


4 oktyabr 2018

"Qarabağ"- "Arsenal"  0:3

Qollar: Papastatopulos 4, Emil Smit-Rou 53, Matteo Genduzi 80
Baş hakim: Davide Massa
Yan xətt hakimləri: Filippo Meli,Alessandro Kostanzo
Dördüncü hakim: Fabiano Preti
Əlavə köməkçi hakimlər: Daniele Doveri, Mixael Fabbri
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: İstvan Huşzar (Macarıstan) 

Bakı Olimpiya Stadionu

“Qarabağ: 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

“Arsenal”: 19. Bern Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Ştefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal, 23. Denni Uelbek, 29. Metteo Qenduzi, 31. Sead Kolaşinaç, 55. Emil Smit-Rou


Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Hektor Bellerin, 9. Aleksandr Lyakazett, 10. Mesut Özil, 11. Lukas Torreyra, 20 Şkodran Mustafi, 34. Qranit Caka
Baş məşqçi: Unay Emeri

Müəllif: Natiq NƏSİROV