AVROPA ÇEMPİONATI ÜÇÜN HAZIRLIQLAR DAVAM EDİR

ESTAFET/ Qadınlardan ibarət boks üzrə milli komandamız 14-24 noyabr tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək Avropa çempionatı üçün hazırlıqlarını davam etdirir. Milli komandamız təlim-məşq prosesini Azərbaycan Boks federasiyasında yekunlaşdırmaq üzrədir.

 

Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında komandamız çempionata Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq), Şəhla Allahverdiyeva (64 kq), Elena Vistropova (69), Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (+81 kq) ilə hazırlaşır.

 

Təlim-məşq toplanışının son hissəsini Bolqarıstanda keçirməyi planlaşdıran milli komandamız oradan da çempionata qoşulacaq.