Turun ən yaxşı futbolçusu adına 4 namizəd

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. UEFA-nın rəsmi saytının xəbərinə görə, 2-ci turun ən yaxşı oyunçusu adına Alfredo Morelos (“Reyncers”), Patrik Kutrone (“Milan”), Leo Jaba (PAOK) və İslam Slimani (“Fənərbaxça”) namizəddi.

 

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşəcək. 

Müəllif: Bəhruz MƏMMƏDOV