Messi yenə ən yaxşı oldu

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. Qitənin ali futbol qurumunun rəsmi saytının xəbərinə görə, azarkeşlər arasında keçirilən sorğuda “Barselona”nın kapitanı Lionel Messi həftənin ən yaxşısı olub.

 

Argentinalı hücumçu ÇL-in 2-ci turu çərçivəsində İngiltərədə “Tottenhem”i 4:2 hesabı ilə məğlub etdikləri oyunda 2 qol vurub.

 

Messi ÇL-in cari mövsümündə ilk həftənin də ən yaxşı oyunçusu seçilmişdi.

 

ÇL-in 2-ci turunun ən yaxşı futbolçusu adına Paulo Dibala (“Yuventus”), Neymar (PSJ) və Edin Dzeko (“Roma”) da namizəd idi. 

Müəllif: Natiq NƏSİROV