İtaliya millimizə heç bir şans vermədi
ESTAFET/ Qadın voleybolçular arasında Yaponiyada keçirilən dünya çempionatında 2-ci qrup mərhələsinin oyunlarına start verilib. Faiq Qarayevin yetirmələri mərhələnin ilk oyununda İtaliyaya müqavimət göstərə bilməyib.
Hər üç setdə böyük üstünlük qazanan italyanlar 25:12, 25:19 və 25:10 hesablı qələbə əldə edərək liderliklərini davam etdiriblər.