Təmsilçimiz çıxışını xalsız başa vurdu

ESTAFET/ UEFA-nın təşkil etdiyi Region Kubokunda Azərbaycan təmsilçisi "Uğur" komandası sonuncu oyununu keçirib. Yarışa AFFA-nın keçirdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi qrup mərhələsinin son turunda Finlandiyanın “Vest Distrikt Team” klubu ilə üz-üzə gəlib.

 

Görüş “Uğur”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın yeganə qolunu Ümid Paşayev vurub. Bu nəticədən sonra Qəzənfər Abbasovun baş məşqçi olduğu kollektiv qrupu xalsız başa vurub.

 

Qeyd edək ki, təmsilçimiz ilk turda Ukrayna “Lvov”una 0:4, 2-ci turda isə İspaniya “Kastilya”sına 0:2 hesabı ilə məğlub olmuşdu. 

Müəllif: Orxan NOVRUZOV