UEFA-nın A kateqoriyalı məşqçi kursu keçiriləcək

ESTAFET/ Oktyabrın 29-dan noyabrın 2-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "A" kateqoriyalı məşqçi kursu (birinci modul) keçiriləcək. Kurs ümumilikdə fasilələrlə okyabrın 29-dan gələn il martın 14-dək davam edəcək.


Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. “B” Lisenziya və diplomun surəti
3. Şəxsiyyət vəsiqəsinin surəti
4. Sağlamlıq haqqında arayış
5. 2 ədəd şəkil (3x4)
6. Məhkumluq haqqında arayış


Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev


Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: anar.shikhaliyev@affa.az


Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Sənədlər oktyabrın 22-dək qəbul olunur.  

Müəllif: Məsim MƏSİMZADƏ